Sizin link burada

"Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb" - Sergey Lebedev

"Ukrayna əvvəlki kimi MDB xətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır".
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. 
 
"Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir", - deyə S. Lebedev vurğulayıb.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>