Sizin link burada

“Artıq futboldan həzz almıram” – ulduz futbolçu

Braziliya yığmasının yarımmüdafiəçisi Kaka gözlənilməz açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın “Orlando” klubunun formasını geyinən ulduz futbolçu karyerasını bitirmək barədə düşünür.
 
35 yaşlı hücumameyilli oyunçu buna səbəb kimi zədələrini göstərib: “Artıq futboldan həzz almıram. Hər oyundan sonra yaşadığım ciddi ağrılar vəziyyətimi pisləşdirir. Futbol oynayanda özümü yaxşı hiss etmirəm”.
 
Qeyd edək ki, Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>