Sizin link burada

Lukaşenko MDB PA-nın fəaliyyətini tənqid etdi: "Bəlkə ondan imtina edək?"

Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə keçirilən MDB ölkələri dövlət başçılarının sammitində MDB Parlamentlərarası Assambleyanın fəaliyyətini tənqid edib.
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, Belarus prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə MDB-nin strukturları, xüsusən də MDB PA-nın fəaliyyəti ilə bağlı qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə fikir mübadiləsi apardığını söyləyib.
 
"Hər ikimiz hesab edirik ki, bu struktur lazımi nəticəni vermir, baxmayaraq ki, onun saxlanmasına çoxlu pul ayrılır. Əgər bu struktur işləmirsə, bəlkə ondan imtina edək? Biz bu struktura müəyyən, konkret səlahiyyət verilməsini təklif etmişik. Biz orada hansısa model qanunlar qəbul edirik. Bu qanunlardan heç biri Belarusun milli qanunvericiliyinin əsası ilə ayaqlaşmır. Məlum olur ki, deputatlar yığışırlar Sankt-Peterburqa, orada nəyisə müzakirə edirlər, danışırlar. Lakin biz bu barədə heç nə bilmirik. Ona görə ki, buna tələb yoxdur", - deyə A. Lukaşenko bildirib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>