Sizin link burada

Prezident İlham Əliyev İspaniya kralına məktub yazıb

 

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu yollayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>