Sizin link burada

Rəşad Sadıqovun qəzaya düşdüyü “Range Rover”in FOTOSU

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Range Rover" markalı avtomobili ilə qəza törətdiyini xəbəri yayılmışdı.
 
Lent.az  sportal.az-a istinadən həmin maşının qəzadan sonrakı fotosunu təqdim edir:
 
Qeyd edək ki, Rəşad Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı səkiyə çırpıb. Futbolçu özü xəsarət almasa da, maşınına ciddi ziyan dəyib. 
 
11.10.2017
 
 
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.
 
Lent.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
 
Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.
 
Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
 
Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>