Sizin link burada

Qadını rüsvay edəcəyi ilə hədələyənə 7 İL 6 AY HƏBS

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Pünhan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən  P. Abdullayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, qadınla internetdə tanış olduğunu deyib.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>