Sizin link burada

FİFA o ölkəni bütün yarışlardan kənarlaşdırdı - ŞOK QƏRAR

FİFA Pakistan Futbol Federasiyasını və Pakistan milli komandasını bütün beynəlxalq yarışlardan uzaqlaşdırdığını açıqlayıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, FİFA Pakistan Futbol Federasiyasına kənardan müdaxilələr edildiyinə görə belə qərar aldığını açıqlayıb. Qərara əsasən, bu ölkənin komandası və bütün klubları beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Pakistan Futbol Federasiyası bu qərarın qüvvədən düşməsini istəsə, yenidən xüsusi statusa yiyələnməlidir. 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>