Sizin link burada

Çingiz Qənizadə: "Ola bilər ki, Hacı Qalibə qarşı ərizəmi geri götürüm"

Millət vəkili Çingiz Qənizadə xüsusi ittiham qaydasında şeyxin qudası Hacı Qalib Salahzadəni məhkəməyə vermişdi.
 
Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, Ç.Qənizadənin məhkəməyə müraciət etməsinin səbəbi ikincinin onu nüfuzdan salmaq məqsədilə böhtan atması olub.
 
Hacı Qalib Salahzadənin dediklərinin ciddi olmadığına və söylədiklərini tez-tez təkzib etdiyinə  mətbuat da həmişə şahidlik edib.
 
 
Məsələn, sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilmiş Əlihüseyn Salahzadə adında oğlu olmadığını deyən Qalib Salahzadə yalnız bir oğlu olduğunu – onun da Şeyxin kürəkəni olduğunu və həbs edilmədiyini bildirsə də, 3 gün sonra Əlihüseyn Salahzadənin də onun ayrı arvaddan oğlu olduğu üzə çıxdı. Və Qalib Salahzadə Əlihüseyn Salahzadənin atası olduğunu etiraf etməyə məcbur oldu.
 
 
Və yaxud şeyxülislam Allahşükür Paşazadənin varisi kimi oğlunu göstərsə də, iki gün sonra “şeyxin oğlu iki rükət namaz qıla bilmir, ondan varis olar?” deyərək, özünü və QMİ sədrini pis vəziyyətdə qoydu.
 
Həmin ərəfədə Hacı Qalib qudası Allahşükür Paşazadənin oğlu Məhəmmədin ölkəni tərk edib ailəsi ilə Türkiyəyə köçdüyünü israrla bildirsə də, bunun da həqiqət olmadığı şeyxin bəyanatından sonra üzə çıxdı.
 
Bu cür açıqlamaları uzatmaq da olar.
 
Millət vəkili Çingiz Qənizadə haqqında səsləndirdiyi ittihamlarla bağlı 06.10.2017-ci il tarixinə təyin olunmuş  məhkəməyə gəlməkdən boyun qaçıran Qalib Salahzadə növbəti prosesə məcburi gətiriləcəyi barədə vəsatət veriləcəyini biləndən 2 saat sonra deputat barədə dediklərinə mətbuat vasitəsi ilə aydınıq gətirdi.
 
“Mən mətbuat vasitəsilə deputat Çingiz Qənizadəyə demişəm ki, onun keçmişi qaranlıqdır. Mən bu sözü Çingiz Qənizadə o vaxt bir neçə partiyaya üzv olduğuna görə demişəm. Mən bunu nəzərdə tutub danışmışam”.
 
Həmçinin, Qalib Salahzadə qeyd edib ki, Çingiz Qənizadənin Bakı şəhər prokuroru olduğu dövrdə onun qohumlarını həbs etdirdiyini xatırladaraq, “seçiciləri bunu bilsəydilər ona səs verməzdilər” söyləyib.
 
Qalib Salahzadə sonda bildirir: “Yenə deyirəm ki, “keçmişi qaranlıqdır” sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutmamışam!”.
 
Beləcə bu açıqlaması ilə Qalib Salahzadə bir daha öz imicini zədələmiş oldu.
 
 
Cəmiyyətdə tanınan və hörmət edilən, hüquq üzrə fəlsəfə doktoru və nəhayət bir ay öncə prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuş millət vəkili Çingiz Qənizadənin belə ciddi fikirlər sahibi olmayan birisini məhkəməyə verməsinin səbəbini və bu açıqlamadan sonra mövqeyini öyrənmək üçün ona müraciət etdik.
 
Millət vəkili gülərək qeyd etdi ki, bu açıqlama ilə Q.Salahzadə özünün kimliyini bir daha ortaya qoydu. 
 
 
“Bu mənim üçün vacib idi. Cəmiyyət hər şeyi bildi. Qaldı ki, məhkəmədən ərizəmi geri götürməyimə... Mənə çoxlu xahişlər və məsləhətlər olmuşdu. Mən isə həqiqəti üzə çıxarmayanacan ərizəmi geri götürməyəcəyimi bildirmişdim. Bu mənə lazım idi. Onun açıqlamaları yenə yalan və məntiqsizdir. Birincisi, mən cəmi bir partiyanın – Kommunist Partiyasının üzvü olmuşam. 1990-cı ilin yanvarın 20-də Sovet qoşunlarının Bakıya hərbi texnika yeritməsi və çoxsaylı günahsız insanları qətlə yetirməsinə etiraz əlaməti olaraq 22 yanvar tarixində Ağdaşda şəhid Müşfiq İsayevin dəfni zamanı partiya biletimi izdiham qarşısında çıxış etdikdən sonra ayaqlar altına atmışam.
 
AXC-nin üzvü olmuşam. Heç vaxt radikal olmamışam.  AXC isə partiya yox, hərəkat olub. Hərəkata isə milyonlarla insan qoşulub.
 
İkincisi, onun qohumlarının həbsi ilə bağlı deyə bilərəm ki, bəli, mən Hacı Qalib də daxil olmaqla bir neçə şəxsi o zaman həbs etdirmişdim. Səbəbi isə bilgəhli Ramizin çayxanada oturarkən güllə ilə qətlə yetirilməsi olmuşdu. Cinayəti törədən müəyyən edilmiş və cəzasını da almışdı. Bunun mənim seçicilərimə nə aidiyyatı ola bilər? Yəqin Hacı Qalib elə bilir ki, mən Bilgəhdən deputat seçilmişəm. Hətta seçki dairəmə Bilgəh qəsəbəsi də daxil olsaydı belə, yenə seçilərdim. Həmin kəndlərdə kimin kim olduğunu hamı yaxşı bilir. Mənim bütün Bakı kəndlərinə hörmət və ehtiramım var.
 
Sonda qeyd edim ki, mənə olunmuş çoxsaylı xahişləri, belə birisinə baş qoşmamağı tövsiyə edən dostlarımın məsləhətini, həm də onun açıqlamasında nə demək istədiyinin artıq hamıya bəlli olmasını nəzərə alaraq, ola bilər ki, sabah məhkəmədən ərizəmi geri götürüm”.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>