Sizin link burada

Berdıməhəmmədov Putinə "Alabay" bağışladı

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib.
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.
 
Berdıməhəmmədov Putinə Orta Asiyada məşhur "Alabay" cinsindən olan it hədiyyə edib. 
 
Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.  

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>