Sizin link burada

İlqar Xəyal buna görə efirlərə çıxmırmış - AÇIQLADI - VİDEO

 

Azərbaycanlı müğənni İlqar Xəyal xeyli vaxtdır efirlərə çıxmamasının səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, verilişlərdə ona xoş olmayan suallar ünvanlanır: “"Çox gəzən çox bilər" deyiblər. Dünya görüşü, təhsil bizim həyatımızın mahiyyətidir. Konkret gileylənmək istəmirəm. Amma bəzi verilişlərin aparıcılarının səviyyələri məni qane eləmir. Hər dəfə verilişə gələndə bir problemlə üzləşirəm. Bir dəfə adımı, bir dəfə soyadımı düz demirlər. Kimləsə səhv salırlar, fəaliyyətimi düzgün qeyd etmirlər. Cibimdəki pul kisəmdə olan pulları yoxlayırlar. Şəxsi həyata müdaxilə edəcək suallar verirlər. Bir sözlə ağlamağa, ağlatmağa çalışırlar. Buna görə də efirlərə getmirəm. Nə müsahibə verirəm, nə də efirlərə çıxıram”.

 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

 

 

 

 

 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>