Sizin link burada

Meksikada həbsxanada QİYAM: 13 nəfər öldü

Meksikanın Kadereyta şəhərində həbsxanada baş vermiş qiyam zamanı 13 məhbus ölüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştat üzrə təhlükəsizlik xidmətinin nümayəndəsi Nuevo-Leon Aldo Fassi məlumat verib.
 
O bildirib ki, daha 8 məhbus ağır vəziyyətdədir və bu üzdən üsyan qurbanlarının sayı arta bilər. Hadisə nəticəsində bir hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
 
Təhlükəsizlik orqanı rəsmisi bildirib ki, qiyam qaldıran məhbuslar əvvəlcə üç mühafizəçini girov götürüblər və uzun müddət onların azad edilməsi barədə danışıqlar aparılıb. Lakin dialoq nəticə vermədiyi üçün qiyamçılara qarşı silah tətbiqi qərarı verilib.
 
Hazırda həbsxanada vəziyyət nəzarət altındadır. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>