Sizin link burada

(R) AGBank-dan  tələbələrə dəstək

 

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 2015-ci ildən başlayaraq tərəfdaş qurumların da dəstəyi ilə birgə "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı silsilə təlimlər həyata keçirir. Təlimin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində köməklik göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır. Təlim AR Mərkəzi Bankının təşəbbüsü və bank-maliyyə qurumlarının birgə iştirakı ilə ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan tələbələr üçün həyata keçirilir.
 
 
Layihə çərçivəsində oktyabr ayının 10-da təlim AGBank-da keçirilib.Təlim dəfələrlə xarici ölkələrdən dəvət olunmuş  müтəxəssislərin verdiyi təlimlərin iştirakçısı Birbaşa satışlar şöbəsinin  müdiri Məmmədhüseyn Dadaşov tərəfindən aparılıb. Təlimin  mövzusu Türkiyənin ən böyük şirkətlərinə konsultasiya dəstəyi verən “Ekser Consulting” şirkətinin təlim bazası əsasında hazırlanmış Korporativ Satış və Ünsiyyət bacarıqları olub. Əsasən ilkin ünsiyyətin düzgün qurulması, satış prosesinin mərhələləri ətraflı şəkildə görsəl vasitələr  ilə təlim iştirakçılarına çatdırlıb. Qarşılıqlı fikir alış-verişlərinin aparılması təlimin daha maraqlı keçməsini təmin edib.
 
 
“AGBank” hər zaman gənclərin intelektual inkişafına töhfələrini verir və peşəkar təlimçi bazasının uzun illərə dayanan təcrübəsini gənclərin peşəkar kimi formalaşmasi üçün yararlanmasına şərait yaradır. 
AGBank!Zəngin olmaq- haqqınızdır. 
 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>