Sizin link burada

"Proqnoz artıqlaması ilə icra olunacaq" - Aydın Əliyev

 

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci il üçün dövlət büdcəsinə daxilolmalarla bağlı nəzərdə tutulmuş proqnoz tapşırığı tam icra edəcək. Bunu “APA-Economics”ə açıqlamasında DGK sədri Aydın Əliyev bildirib.

 

 

"İndiyədək biz proqnoz tapşırığı artıqlaması ilə icra etmişik. Yaranmış vəziyyətə nəzər salanda aydın olur ki, tapşırığın icrasında bir problem olmayacaq. Proqnoz tapşırığı artıqlaması ilə icra olunacaq. Lakin konkret məbləğ demək çətindir. Bilirsiniz ki, bizim əsas vergitutma bazamız idxaldır. Bəzi məhsullar idxal rüsumundan azad olunduğuna, bəziləri güzəştlər tətbiq edildiyinə görə konkret bir rəqəm deməkdə çətinlik çəkirəm", - deyə qurum rəhbəri vurğulayıb.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>