Sizin link burada

Məşhur futbolçu yığma komandadan getdi

 

“Bavariya”nın hollandiyalı futbolçusu Aryen Robben yığma karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsinin son turunda İsveçlə keçirilən matçdan sonra bu qərara gəlib.

 

Hollandiya millisi Robbenin qolları sayəsində 2:0 hesablı qələbə qazansa da, bu, “narıncılar”ın mundialın final mərhələsinə yüksəlməsi üçün yetərli olmayıb. Nəticədə 33 yaşlı yarımmüdafiəçi yığma ilə vidalaşmağa qərar verib.

 

Qeyd edək ki, Aryen Robben 2003-cü ildə debüt etdiyi millidə 96 oyunda 37 qola imza atıb. O, “narıncılar”ın heyətində dünya çempionatının gümüş və bürünc medalını, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>