Sizin link burada

Bu ölkədə 15 yaşından cinsiyyət dəyişdirməyə icazə verildi

Yunanıstanda 15 yaşdan yuxarı hər kəsin cinsiyyətini dəyişdirməyə icazə verən qanun layihəsi qəbul edilib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə Yunanıstan parlamentində keçirilən səsvermədə qəbul edilib.

 

Belə ki, səsvermədə 171 lehinə, 114 əleyhinə səs verilib.

 

Qanun layihəsində qeyd edilib ki, cinsiyyətini dəyişdirmək istəyənlərin müraciətləri həkim, psixoloq və digər mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılacaq, daha sonra baxılması üçün müvafiq məhkəməyə göndəriləcək.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>