Sizin link burada

I-VI sinif şagirdləri qurd xəstəliklərinə görə müalicə olunacaq - ƏMR

Səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalanıb. Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən məlumatına görə, əmrə əsasən, oktyabrın 15-dən noyabrın 15-dək respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

 

Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>