Sizin link burada

Yağış, külək - XƏBƏRDARLIQ

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-16° isti, gündüz  16-20° isti, Bakıda gecə  14-16°, gündüz  17-19° isti olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava  şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-13°, gündüz  15-20° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>