Sizin link burada

AMEA-nın Zooloji Muzeyinə giriş pullu oldu

 

 
 
Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib.
 
 
AMEA-dan Lent.az-a verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.
 
 
Məlumat üçün bildirək ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>