Sizin link burada

Nadir Azərbaycandan getdi: “Məni buna məcbur edən səbəb...” - VİDEO

Tanınmış müğənni Nadir Qafarzadə yaradıcılığında yenilik edib. Lent.az-ın məlumatına görə, ifaçı sözləri Nurlan Hatəmoğluna, musiqisi Ruslan Səfəroğluna məxsus “Sən olmasan olmaz” adlı mahnı oxuyub. Yeni ifa etdiyi mahnı barədə N.Qafarzadə təəssüratlarını bölüşüb: “Repertuarıma daxil etdiyim mahnılara öz övladım kimi yanaşıram. Mahnılarım mənim üçün doğmadır. Bunu hər kəs anlamaz. Şükür edirəm ki, bu günə qədər müxtəlif janrlarda, müxtəlif bəstəkarların mahnılarına müraciət eləmişəm”.

 

N.Qafarzadə onu bildirib ki, bir müddət Azərbaycanda olmayacaq: “Artıq bu gün Dubaya gedirəm. Bir müddət başım bu şou-biznesin bu səs-küyündən uzaq olacaq. Bəziləri elə bilir ki, Azərbaycanı birdəfəlik tərk edirəm. Amma mənim üçün doğma yurdum bir başqadır. Yəni məni Azərbaycandan getməyə məcbur edən səbəb yoxdur.  Xoşbəxtəm. Sadəcə bir müddət Dubayda dincəlib qayıdacam. Çünki görüləcək xeyli işlər var”. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>