Sizin link burada

Universitetdə polis zabitini öldürən tələbə yaxalandı - YENİLƏNİB

ABŞ-ın Lebbok şəhərində, universitetdə odlu silahdan atəş açaraq polis zabitini qətlə yetirən şəxs saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Texas Texnologiya Universitetinin məlumatında bildirilir.

 

Məlumata görə, universitetin polis məntəqəsində atəş açan şəxs 19 yaşlı tələbə Hollis Denielsdir. 

 

Cinayətin motivləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bundan əvvəl yoxlama üçün universitetin ərazisindəki polis məntəqəsinə gətirilən tələbə asayiş keşikçilərinə atəş aşaraq qaçıb. İnsident nəticəsində  bir polis zabiti ölüb.

 

***

 

ABŞ-ın Labbok şəhərində, Texas Texnologiya Universitetində silahlı insident baş verib.

 

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

 

Belə ki, yoxlama üçün universitetin ərazisindəki polis məntəqəsinə gətirilən tələbə asayiş keşikçilərinə atəş açaraq qaçıb. İnsident nəticəsində  bir polis zabiti ölüb. Dərhal hadisə yerinə yeridilən xüsusi təyinatlılar cinayətkarın yaxalanması istiqamətində əməliyyat keçirir.

 

Təhlükəsizlik məqsədilə universitetin ərazisinə giriş-çıxış bağlanıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>