Sizin link burada

Ərdoğan Serbiyada səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başlayıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Belqrad hava limanında Türkiyə prezidentini Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Ana Brnabiç və digər rəsmi şəxslər qarşılayıblar.

 

Serbiya mətbuatına görə, ötən axşam dövlət başçılarının qeyri-rəsmi birgə şam yeməyi olub. Səfər proqramının rəsmi hissəsi bu gün başlanacaq. İki ölkə arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Oktyabrın 11-də isə Ərdoğan Serbiyanın cənubundakı Novi-Pazar şəhərinə səfər edəcək. 

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>