Sizin link burada

İslandiya futbol tarixində ilkə imza atdı

Futbol üzrə İslandiya yığması əhalinin sayına görə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən kiçik ölkə olub.

 

APA-nın RT-yə istinadən xəbərinə görə, hazırda ada dövlətində 330 min nəfər yaşayır.

 

Bundan əvvəli rekord Trinidad və Tobaqoya məxsus idi – 1,3 milyon.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin “I” qrupunun qalibi olan İslandiya Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo komandalarını qabaqlayıb. Son turda islandiyalılar Kosovonu 2:0 hesabı ilə məğlub ediblər.

 

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>