Sizin link burada

YUNESKO-nun yeni baş direktoru birinci turda seçilmədi

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib.

 

APA-nın xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

 

YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.

 

Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq. 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>