Sizin link burada

Binəqədi şossesində təmir işlərinə başlanılacaq

Binəqədi şossesində “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək.

 

 

“Azəravtoyol”dan Lent.az-a verilən məlumatına görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.

 

Binəqədi şossesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.

 

Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

 

Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə tam müasir yol infrastrukturu yaradılacaq. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>