Sizin link burada

Bərzani tab gətirmədi: "Referendum"un nəticələri dondurulur

"Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzani regiona tətbiq edilən sanksiyaların ləğvi müqabilində "referendum" nəticələrinin dondurulmasına razılıq verib".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İraqın vitse-prezidenti Usama ən-Nüceyfi bildirib. O qeyd edib ki, hazırda İraq hökuməti Kürdüstan bölgəsinə konfederasiya yaradılması ideyasını müzakirə edir.
Analoji müzakirələri Kürdüstan Siyasi Şurasından da təsdiqləyərək bildiriblər ki, konfederasiya yalnız mərkəzi hakimiyyətin Kürdüstanı dövlət kimi tanımasından sonra reallaşa bilər.
Qeyd edək ki, Kürdüstan təmsilçilərilə İraq hökuməti təmsilçilərinin son danışıqları zamanı 25 sentyabr referendumu səbəbindən bölgəyə tətbiq olunan sanksiyaların ləğvi razılaşdırılıb.  

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>