Sizin link burada

Hava yenidən pisləşəcək: leysan, dolu, qar gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17°, gündüz  23-25° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

 

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə  10-15°, gündüz  22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal  olunur. 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>