Sizin link burada

"...hər şeyi etiraf edəcəm" - Tünzalə Ağayeva

 

Əməkdar artist Tünzalə Ağayeva sənət adamlarının sponsorlarından danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən müğənni bildirib ki, onun həyatında biznesmen olmayıb: “Şəxsi sponsorum olmayıb. Yalçın (prodüser Yalçın Cabbarov - red.) mənim həyatımda biznesmen olmayıb. Hər zaman sərmayəçilər tapıb. Bir sənətkarı o qədər sevməlisən ki, hər şeyini qurban verməlisən. Maddi və mənəviyyatını onun uğurları üçün sərf edirsən. Bunu dünyanın bütün ulduzları yaşayır. Məşhur memarlıq abidələrinə çevrilən opera binaları var. Bu, bir divanın xatirinə tikilib. Buna da sponsor deyilir. Milyonçu onun şərəfinə tikdirib, amma şəxsən ondan heç nə istəməyib. Şəxsi sevgisi olub, deyib uğruna şəhər tikərəm. Hər müğənninin, aktrisanın, pop-divanın bir taleyi var. 

Hər qadın öz hekayəsini danışmalıdır. Hər birimizin həyatında kimlərsə əlimizdən tutub, yardım edib. Biri sona kimi gedib, digəri yarımçıq buraxıb. Özümdən sonra kitab yazacam. Vaxtı gələndə nələrsə danışacam. Görsəm ki, təqaüd  vaxtımda aktuallığım itir, hər şeyi etiraf edəcəm (gülür)".

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>