Sizin link burada

28 il sonra yazılan tarix - O ÖLKƏ DÇ-də

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Misir yığması mundiala vəsiqəni təmin edib.

 

Seçmə mərhələnin III raundunun 5-ci turunda Konqonu 2:1 hesabı ilə yenən misirlilər sona bir tur qalmış E qrupunun qalibi olub.

 

Qeyd edək ki, Misir DÇ-2018-ə vəsiqə qazanan 15-ci komandadı. Onlara qədər  təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>