Sizin link burada

Faiq Röya ilə qalmaqalından danışdı: "Söhbət xırt kəsildi"

Xalq artisti Faiq Ağayev bir müddət öncə əməkdar artist Röya Ayxanla aralarında yaşanan narazılıqdan danışıb. Lent.az-ın məlumatına görə, xalq artisti “Zümrüd və Suat” verilişində bildirib ki, əməkdar artistlə aralarında olanlar onun mübarizə yolu imiş: “Baş verən hadisələr mənim mübarizə yolum idi. Təbii ki, kimsə irəliyə getmək üçün ayağının altını 10 metr uzaq məsafədən qazmağa başlayırlar. Mən bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar xalq artisti adını aldıqdan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermək düzgün çıxmır. Son vaxtlar isə mən heç nə deməmişdim. El misalı var- “Sözünü de, sahibi götürəcək”. İndi o sözü necə götürdüsə, xoşagəlməz bir hadisə yaşandı. Gördüyünüz kimi, söhbət xırt kəsildi”. 

 

Qeyd edək ki, F.Ağayevin "Azərbaycanda konsertdən pul qazanan üç ifaçıdan biriyəm" sözlərinə R.Ayxan sərt cavab vermişdi. Röya qarşı tərəfə "Bu günə kimi hörməti qorumuşamsa, elə də olacaq. Amma çox qaşıma" sözlərini deyib. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>