Sizin link burada

"Səyyar ASAN xidmət" beş yeni məntəqədə

Səyyar ASAN xidmət 9 – 18 oktyabr tarixlərində Samux şəhərində, 9 – 23 oktyabrda Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, həmçinin 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.

Bundan başqa səyyar avtobuslar oktyabrın 24-dək  Şirvan və Xırdalanda, oktyabrın 18-dək Ucarda, oktyabrın 16-ək Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>