Sizin link burada

Rostovda alış-veriş mərkəzində güclü yanğın

Rusiyanın Rostov şəhərində “Temernik” bazarında güclü yanğın baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ikimərtəbəli alış-veriş mərkəzində qeydə alınan yanğın 6 min kvadrat metr ərazini əhatə edib.

 

İnsident nəticəsində ölən və yaxud xəsarət alan olmayıb. Hazırda yanğın lokallaşdırılıb. Hadisə yerinə 400 canlı qüvvə və 50-dən çox texnika cəlb edilib. Yanğının səbəbləri məlum deyil.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>