Sizin link burada

Bu gün AŞPA-nın yeni sədri bəlli olacaq

Bu gün Strasburqda Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri seçiləcək.

 

APA-nın xəbərinə görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilir.

 

Yeni sədr AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Pedro Aqramuntun istefasından sonra AŞPA sədri postuna iki nəfərin namizədliyi irəli sürülüb. Bunlar Avropa Xalq Partiyasının üzvləri, litvalı Emanuelis Zinqeris və Kipr təmsilçisi Stella Kiriakidesdir.

 

Qeyd edək ki, oktyabrın 6-da AŞPA-nın prezidenti Pedro Aqramunt istefa verib.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>