Sizin link burada

Rohinca müsəlmanlarını daşıyan qayıq batdı - 2 ölü, 30 itkin

Banqladeşdə Myanmardan qaçan rohinca müsəlmanlarını daşıyan qayıq batıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər boğularaq ölüb, 30 nəfər itkin düşüb.

 

İnsident Banqladeş-Myanmar sərhədi yaxınlığında, Naf çayında qeydə alınıb. Qayığın batmasına güclü külək səbəb olub. Qayıqda ümumilikdə 40 nəfərin olduğu, 8 nəfərin xilas edildiyi bildirilir.

 

Hazırda hadisə yerində Banqladeş sahil mühafizəsi xilasedici əməliyyat aparır. Son hesablamalara görə, Myanmardan Banqladeşə üz tutan rohincaların sayı 800 mini keçib.

 

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>