Sizin link burada

Robert Prosineçki: “Belə qrupda 10 xal toplamaq asan deyil”

“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq”. Apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin son matçında Bundestimin qonağı olan yığmamız 1:5 hesabı ilə məğlub olub və turniri 10 xalla tamamlayıb.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis bunları deyib: “İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı.Ümumilikdə komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.

 

R.Prosineçki postunda qalıb-qalmayacağı barədə bir neçə gündən sonra açıqlama verəcəyini bildirib.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>