Sizin link burada

Türkiyə ABŞ-a cavab verdi - vizalar dayandırıldı

Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Tvitter” səhifəsində bildirilir.

 

Ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi səbəb olub.

 

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>