Sizin link burada

“Mançester Yunayted”ə bəd xəbər

“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” yarımmüdafiəçisi Maruan Fellaininin xidmətindən məhrum olub.

 

Belçika millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina yığması ilə səfər oyununda (4:3) sıradan çıxan Fellaini bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Yerli mətbuatın verdiyi xəbərə görə, sol dizindən zədə alan futbolçu bir neçə həftə şans qazana bilməyəcək.

 

Qeyd edək ki, Fellaini matçın 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>