Sizin link burada

Cüdoçularımızdan növbəti medallar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

 

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

 

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>