Sizin link burada

Birinci xanımın geyimi tənqid olundu

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp bu dəfə də geyiminə görə tənqid olunub.

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı birinci xanım Ağ Evdə keçirilmiş tədbirə qeyri-rəsmi geyimdə qatılıb. Parlaq rəngli ətək və ağ kofta geyinən Melaniya sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.

 

Birinci xanım dövlət tədbiri üçün həddindən artıq seksual hesab edilib. Xüsusilə xanım Trampın 40-50-ci illərin dəbini xatırladan ağ koftasının onu daha da seksual göstərdiyi iddia edilib.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>