Sizin link burada

“Azərbaycan yığması ilə buna nail olmaq çox çətindi” – Robert Prosineçki

“Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldı. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə oyunu ərəfəsində bu ölkənin mətbuatına açıqlama verən xorvatiyalı Azərbaycan futbolu haqda danışıb: “Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır. DÇ-2018-in seçmə mərhələsində 10 xal qazanmağımız Azərbaycan üçün rekordddu. Mən yığmanı qəbul edəndə FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir”.

 

Müqaviləsi bu oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini bildirib və qarşıdakı matçın əhəmiyyətini vurğulayıb: “Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusi bir şeydi. Çünki rəqib dünya çempionudu”.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>