Sizin link burada

İlham Əliyevdən Putinə ad günü zəngi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Lent.az-ın President.az-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>