Sizin link burada

Gülyazla Gülyanaq küsülüdür? - "Mübahisəmiz oldu və..." - VİDEO

Xalq artisti Gülyaz Məmmədova son zamanlar bacısı Gülyanaq Məmmədova ilə birgə efirə çıxmamasının izahını verib. Lent.az-ın məlumatına görə, APA TV-nin “Show time” verilişinin qonağı olan xalq artisti bacısı ilə birgə efirə çıxmamasının səbəbini açıqlayıb: “Biz duet oxuyanda vətəndən, gözəllikdən oxuyuruq. Amma oğlan qız olsa, sevgi məhəbbətdən oxumaq olur. Özümüzün də tək ifa etdiyimiz mahnıları efirlərdə oxuya bilmirdik. Amma sonralar verilişlər belə bir qərara gəldilər ki, ayrı-ayrı da dəvət etsinlər. Bax buna görə də ayrıldıq. Amma dövlət tədbirlərində bir yerdə oxuyuruq”.

 

Aparıcının ünvanladığı “Nə zamansa Gülyanaq xanımla küsülü olmusunuz?” suala xalq artisti bu cür cavab verib: “Ayrı ifa eləməyimizi küsülülük kimi qəbul etməsinlər. Şayiə yayılmışdı ki, iki bacı yola getmirik. Qətiyyən aramızda belə şey ola bilməz. Düzdür, mübahisəmiz olub. Məsələn, axşam mənə mahnı göndərib, deyir ki, bax gör necədi? Mən də dedim ki, bu mahnını kim aranjiman edib? Elə bil sənin yox, kompüter səsidir. Dedim kİ, öz səsin olsun. Axı sən Gülyanaqsan. Əvvəl görürəm ki, cinlənir, sonra razılaşır. Bizim mübahisəmiz, incikliyimiz heç 1 saniyə çəkmir. O da yaxşı bir şeydir. Hər bir ailə, dost, qardaş-bası arasında da söz ola bilər”.  

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>