Sizin link burada

“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu

“Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin istefasından sonra boşalan vakant posta Yup Haynkes gətirilib.

 

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, 72 yaşlı mütəxəssis bununla 4-cü dəfə münhenliləri çalışdıracaq. O, daha əvvəl 1987-1991, 2009, 2011-2013-cü illərdə bu vəzifədə işləyib.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>