Sizin link burada

Cüdoçumuz Qran-pri turnirinin qalibi olub

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxıb. Onlardan Vüqar Şirinli bütün rəqiblərini məğlub edərək, çempion tituluna yiyələnib.
 
Kişilər
60 kq
İlk mərhələdən azad olan Vüqar Şirinlinin ilk döyüşü 1/4 finala təsadüf edib. O, Suşrob Boqiyevlə (Türkmənistan) üz-üzə gəlib. Görüş Şirinlinin asan qələbəsi ilə yükunlaşıb. İpponla qalib gələn təmsilçimiz yarımfinalda özbəkistanlı Doston Ruziyevlə münasibətinə aydınlıq gətirib. Vüqar bu dəfə də tatamidən qalib ayrılaraq, finala vəsiqə qazanıb. 
 
O, həlledici görüşdə İslam Yaşuyevlə (Rusiya) qarşılaşıb. Şirinli bu dəfə də rəqibindən üstün olub və qızıl medala yiyələnib. 
 
66 kq
Şirinlidən fərqli, Orxan Hacıağalı mübarizəyə 1/8 finaldan başlayıb. Təəssüf ki, həmyerlimiz startdaca məğlubiyyətə üzülüb. O, monqolustanlı Altansuh Dovdona ipponla uduzub. 
 
Qeyd edək ki, yığmamız Qran-priyə 5 cüdoçu ilə yollanıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>