Sizin link burada

“Oğlum müğənni ilə sevgili ola bilər, amma ailə qurmaq olmaz" - Tacir

Azərbaycanlı müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirmək istəyindən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni “Oğlunuzun müğənni qızla evlənməsinə razı olardınızmı?” sualına cavab verib. O bildirib ki, oğlu yalnız onun dediyi qızla ailə qura bilər:

 

“Oğlumu başqa sahəyə yönləndirirdim, mənə dedi ki, ata, məni musiqidən ayırma. Mən də ayırmadım. Amma oğlumun evlənmək məsələsi mənlikdi. Mən kimi deyəcəm, onu da alacaq. Ola bilər ki, hansısa müğənni ilə sevgili həyatı yaşasın. Amma oğluma elə tərbiyə vermişəm ki, mən deyəni edir. Özü də deyir ki, sən nə desən, o da olacaq. Özünə də demişəm ki, bu həyatda seçimlərində nələrə getmək lazım olduğunu mən yönləndirəcəm”.  

 

Aparıcının müğənniyə ünvanladığı “Sözünüzdən belə çıxır ki, müğənni ilə sevgili həyatı yaşamaq olar, amma ailə qurmaq yox?” sualına isə müğənni belə cavab verib: “Bunların hamısını həyat göstərər. Bu, Allahın işidir. Konkret nəsə demək olmaz. Bəlkə də ola bilər ki, müğənni qız istəyə, mən də nəsə deyə bilməyəm. Hər şey mənim nəzarətimdədi. Tam kişi olana qədər onu mən yönləndirəcəm. Ondan sonra nə edəcəyini özü bilər. Çünki bu işlərdə mənim başım daşlara dəydi. Amma məni yıxa bilmədilər. Ona görə də istəmirəm ki, mənim başıma gələnlər oğlumun da başına gəlsin”. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>