Sizin link burada

"Qazprom" Azərbaycanda nümayəndəlik açır

"Qazprom"un Direktorlar Şurası dövlət şirkətinin Azərbaycanda nümayəndəliyinin açılmasına razılıq verib.
 
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar Direktorlar Şurası bugünkü iclasında qəbul olunub.
 
"Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.
 
2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq"la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo" şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom" və SOCAR arasında aparılıb.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>