Sizin link burada

İngilis futbolçu "Real"dan 200 milyonluq təklif aldı

Mövsümə uğursuz start götürən “Real” gələn yay transferlərə külli miqdarda pul ayırmaq fikrindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisinin ilk hədəfi “Tottenhem”in hücumçusu Harri Keyndi.

 

Kərim Benzema və Qaret Beylin tez-tez zədələnməsindən narahat olan “kral klubu” ön xətdəki problemi məhz İngiltərə millisinin üzvü ilə həll etmək niyyətindədi. Bu məqsədlə “Real” rəhbərliyi indidən londonluların qapısını döyüb. İspaniya çempionu bu keçid müqabilində qarşı tərəfə düz 200 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, Harri Keyn bu mövsüm keçirdiyi 9 oyunda 11 qola imza atıb.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>