Sizin link burada

DÇ-2018: Millimizin son ev sınağı

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gələcək.

 

Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyır. Çünki turnir cədvəlində daha yüksək yerlər üçün mübarizə aparan komandaların tuta biləcəyi ən yaxşı mövqe üçüncülük olacaq. Bu isə nə mundiala, nə də pley-offa vəsiqə verir.

 

 

Millimiz tsikldəki son ev görüşündə qələbə qazanmaq əzmindədi. San-Marino üzərində 5:1 hesablı qələbənin təsadüfi olmadığını sübut etmək baxımından bu, yaxşı şansdır.

 

Tsiklin son oyununda Almaniyanın qonağı olacağımızı nəzərə alsaq, bugünkü qarşılaşma xal qazanmaq baxımından da son şans ola bilər.

 

Çexiya ilə matç kapitan Rəşad Sadıqovun millidə son oyunudu. 

 

Mümkün qələbə həm də turnir cədvəlində 3-cü olmaq şansı yaradacaq. Çexiya üçün əlçatmaz olacaq millimiz Almaniyada uduzsa da, yalnız Norveç bizi keçə bilər. Sonuncuları güclü Şimali İrlandiya ilə matç gözlədiyindən millimiz tarixində ilk dəfə 3-cü olmaq şansı əldə edib. 

 

İndiyədək uduzmadığımız Çexiya ilə görüşün nəticəsinin FİFA reytinqindəki mövqeyimizə təsiri üçün də futbolçularımız bütün bacarığını ortaya qoymalıdı.

   

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

IX tur

5 oktyabr

 

20:00. Azərbaycan - Çexiya

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)

Komissar: Romano Klavedetçer (İsveçrə)

Bakı Olimpiya Stadionu

 

1

Almaniya

8

8

0

0

35-2

24

2

Şimali İrlandiya

8

6

1

1

16-2

19

3

Azərbaycan

8

3

1

4

8-12

10

4

Çexiya

8

2

3

3

10-9

9

5

Norveç

8

2

1

5

8-16

7

6

San-Marino

8

0

0

8

2-38

0

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>