Sizin link burada

(R) "Kapital Bank" təqaüdçüləri maarifləndirir

 

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində təqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçiriləcək.

 

İlk tədbir Bakı şəhərində keçirilib. Tədbirə gələn təqaüdçülər üçün “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

 

Qeyd edək ki, layihə çərçivəsində gələn həftə İsmayıllıda, Gəncədə və Lənkəran da analoji təlimlərin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>