Sizin link burada

“Qarabağ” - “Atletiko” matçına 15 min bilet satılıb

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Apasport.az  xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Ağdam klubundan verilən məlumata görə, artıq 15 min bilet öz sahibini tapıb.

 

Satış məntəqələri bunlardır:

 

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

 

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.

 

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>