Sizin link burada

Kamal Abdullayevə prezidentin fərdi təqaüdü təyin olunub

Prezident İlham Əliyev Kamal Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>